AZ

Zlatan İbrahimoviçi 47 min tamaşaçı alqışlarla yola saldı

Bir il əvvəl Zlatan İbraqimoviç futbolçu karyerasına son qoymağı qərara alıb. O, bu karyera ərzində İsveç yığma komandasının tarixində hər kəsdən çox – 122 beynəlxalq matçda 62 qola imza atıb.

Bizim.Media xəbər verir ki, İsveç yığmasının öz meydançasında 0:3 hesabı ilə məğlub olduğu Serbiya millisi ilə yoldaşlıq matçından sonra “Frends Arena” stadionundakı tamaşaçılar Zlatan İbraqimoviçi karyerasında əldə etdiyi yüksək nailiyyətlərə görə alqışlarla yola salıblar.

Matçın final fitindən sonra stadiondakı yerlərini tərk etməyən 47 min tamaşaçı əfsanəvi futbolçu ilə vidalaşıb.
Tabloda İsveç və İngiltərə yığmaları arasında keçirilən yoldaşlıq görüşündə Zlatanın havada zərbə ilə vurduğu məşhur qolun görüntüləri göstərildikdən sonra qəhrəmanın özü meydana daxil olub.

Zlatan İbraqimoviç azarkeşlərə müraciət edərək deyib:

“Düz 25 il əvvəl demişdim ki, ən yaxşı futbolçu olacağam. Çoxları bu sözlərimə gülmüşdü. İndi, 25 ildən sonra burada dayanıb ən yaxşı olduğumu deyə bilərəm. İlk gündən məni sevgi, dəstək və enerji ilə əhatə etdiniz. Mənə heç vaxt unuda bilməyəcəyim bir çox gözəl xatirələr yaşatdınız. Siz məni rekord qırmağa ruhlandırdınız”.

Sonra məşhur futbolçu sürəkli alqış sədaları altında meydançada fəxri dövrə vurub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
bizim.media

2Mənbələr