AZ

Maduro ona qarşı sui-qəsd hazırlandığını açıqlayıb

Bakı,TurkicWorld:

Venesuela prezidenti Nikolas Maduro müxalifətin prezident seçkiləri kampaniyası zamanı ona qarşı sui-qəsd planları hazırladığını bəyan edib.

TurkicWorld xəbər verir ki, Maduro, sui-qəsd planlarının arxasında duranların müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Xulio Borxes olduğunu iddia edib..

“Onların Venesuelada artıq bir qrup sui-qəsdçisi var, məni axtarırlar və bizə zərər vermək istəyirlər”,- deyə o bildirib.

Qeyd edək ki, Venesuelada insanlar iyulun 28-də keçiriləcək prezident seçkiləri üçün səsverməyə gedəcək.

Seçilən
56
1
turkic.world

3Mənbələr