AZ

“Araz Naxçıvan” 4 futbolçu ilə yollarını AYIRDI

Yeni mövsümün planlarını cızan “Araz-Naxçıvan” ardıcıl transferlər edir. 

Bizim.Media xəbər verir ki, 4 yerli oyunçunu heyətinə qatan, 8 futbolçu ilə yeni müqavilə imzalayan muxtar respublika təmsilçisindən ayrılanlar da var. 

Turan Manafov, Nicat Süleymanov, Orxan Əlyev və Tural Bayramlı ilə yollar ayrılıb. Onların heç birinə yeni müqavilə təklif edilməyib. 
Naxçıvanlılar bir neçə legionerlə də vidalaşacaq. Konkret kimlərin göndərilməsi isə yeni gələcək əcnəbilərin adları dəqiqləşəndən sonra bilinəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
bizim.media

2Mənbələr