AZ

Avropadakı yerimiz bəlli oldu

Azərbaycan klublarının Avropadakı mövqeləri bəlli olub.   Manset.az İdman.az-a istinadən bildirir ki, İFFHS dünya reytinqinə daxil edilən Premyer Liqanın 4 komandası "Köhnə qitə"nin də ən yaxşıları arasında yer alıb. Ümumiyyətlə, planetin 507 ən yaxşı komandasından 296-sı Avropanı təmsil edir. Ən yaxşı Azərbaycan klubu "Qarabağ"dır. Ağdam təmsilçisi 183,75 xalla qitənin 35-cisidir. "Zirə" 62,25 xalla 215-ci, "Sabah" 60,75 xalla 225-cidir. 59,25 xalı olan "Neftçi" isə Avropada 235-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, həm dünyanın, həm Avropanın ən yaxşısı "Mançester Siti"nin 401 xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
manset.az

2Mənbələr