Bakı. Trend:
Kapital Bank-ın əsas məqsədlərindən biri Azərbaycanın maliyyəbazarında fəal iştirakdır.
Trend xəbərverir ki, bu barədə Kapital Bank-ın Xəzinədarlıq Departamentininrəhbəri Fərid Əliyev bankın istiqrazlarının ticarətinin açılışmərasimində jurnalistlərə deyib.
"Yeni istiqrazlara gəlincə, daha əvvəl qeyd etdiyim kimi, bankıninkişaf strategiyasına uyğun olaraq, o, daim dinamik şəkildəinkişaf edir. Kapital Bank-ın əsas məqsədlərindən biri də bubazarda fəal iştirakdır. Biz portfelimizi genişləndirməyə vəqiymətli kağızlar bazarında payımızı artırmağa çalışırıq", - odeyib.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ınaktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnaməkapitalı isə 265 milyon 85 min manata çatıb.
2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon209 min manat təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Bakı Fond Birjasının tədavülü 27milyard 335 milyon manat olub ki, bu da 2022-ci ilingöstəricisindən 1,8 dəfə çoxdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)