AZ

Gürcüstanla yeni gömrük-keçid məntəqəsi açılacaq

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilir.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
49
veteninfo.az

10Mənbələr