AZ

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat davam edir

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Demokrat.az-a bildirilib ki, bu il də Abituriyent Məsləhət mərkəzləri fəaliyyət göstərir.

Abituriyentlər iyunun 17-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə də müraciət edə bilərlər.
 
Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
13
demokrat.az

10Mənbələr