AZ

Bakıda qadın piyadanı avtomobil vurub

Bakıda qadın piyadanı avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun "Qara Qarayev" stansiyası yaxınlığında yolu keçən 1986-cı il təvəllüdlü Lamiyə Bəhram qızı Novruzlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyinin əziyi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
26
sonxeber.az

10Mənbələr