AZ

Nicat qızı ilə ilk dəfə FOTOlarını paylaşdı

Bir neçə gün əvvəl ilk dəfə ata olan aktyor Nicat Rəhimov yeni doğulan körpəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, qız övladı ilə birgə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Nicat ona Mehriban adını verdiyini yazıb.

"Bu, Allaha təşəkkür postudur. Həyatımıza dəyər qatan, bəzək qatan, uzun illər sonra mənə ata adını qazandıran Mehriban qızım, xoş gəldin. Bizə dua edən, bizimlə bir sevinən insanlara təşəkkür edirəm. Allah bütün səbr edənlərin mükafatını versin", - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, Nicat Ülviyyə adlı xanımla ailəlidir. Aktyor uzun müddət ata ola bilmədiyi haqda müsabihə vermişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
milli.az

10Mənbələr