AZ

Şifrəsiz "Wi-Fİ"-lara qoşulanlara XƏBƏRDARLIQ - Bank kartınız oğurlana bilər - VİDEO

Şifrəsiz “wi-fi”-lara qoşulan zaman həm bank kartı məlumatlarınız oğurlana, həm də telefon zəngləriniz dinlənilə bilər.
 

Bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində IKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, ictimai “wi-fi” şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edir.

Ekspert bu kimi hallarla rastlaşmamaq üçün şifrəsiz girişi mümkün olan “wi-fi”-lara qoşulmamağı məsləhət görür.

Çünki, bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı həmdə telefon zəngləri də dinlənilə bilər.

Ekspertlər hesab edir ki, kiberhücumdan qorunmaq üçün proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
37
valyuta.az

10Mənbələr