Bakı. Trend:
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisiAvropa kubokunda çıxış edəcək.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, yığmamız Kosovonun paytaxtı Priştinada keçiriləntəsnifat mərhələsində uğur qazanıb.
Yarımfinalında İrlandiyanı 21:12 hesabı ilə məğlub edən millifinalda Kiprlə qarşılaşıb. Komandamız həlledici görüşü də yüksəksəviyyədə keçirərək, qələbəni bayram edib - 20:18.
Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-dəkeçiriləcək. Turnirə Avstriya ev sahibliyi edəcək.