AZ

Avropa Kuboku: Azərbaycanın qadın basketbol millisi final mərhələsinə vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olub.

Korrespondent.az bildirir ki, komandamız finalda Kipri 21:12 hesabı ilə məğlub edərək buna nail olub. Bununla da milli Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
6
korrespondent.az

8Mənbələr