AZ

İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.

Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.

Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
45
baku.ws

10Mənbələr