AZ

İrəvanda hökumət əleyhinə böyük aksiya keçirilir -ETİRAZÇILAR PAŞİNYANIN VƏ KOMANDASININİSTEFASINI TƏLƏB EDİRLƏR

"Vətən Naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan çağırışı ilə İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinq başlayıb.


“News.am” xəbər verir ki, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.


Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub.


Etirazçılar baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edirlər.

Qeyd edək ki, meydan və hökumət binası yaxınlığında böyük polis qüvvələri cəmləşib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
17
senzor.az

10Mənbələr