Bu gün Azərbaycan 1-ci liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.
QOL.az xəbər verir ki, 1-ci liqanın başa çatan mövsümünü 10-cu sırada yekunlaşdıran "Araz Saatlı" 2-ci liqanın ikincisi "Cəbrayıl" ilə üz-üzə gəlib. Qarşılaşma "Cəbrayıl"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm üçün Azərbaycan 1-ci Liqasına vəsiqə qazanacaq.
Pley-offun cavab oyunu iyunun 15-də olacaq.