AZ

Ukrayna Silahlı Qüvvələrində qadınların sayı artıb...

...2022-ci ildə hərbi əməliyyatlar başlayandan bəri Ukrayna ordusunda döyüşənqadınların sayı artıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova bildirib.

Qeyd edək ki,onun çıxışı hərbi idarənin YouTube kanalında da yerləşdirilib.

Kalmıkovanın sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrində 67 min qadın var, onlardan 48 mini hərbçi, 19 mini mülki işçidir.

Kalmıkova qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrində qadınlar dronları uçurur və ya artilleriya ekipajlarına komandanlıq edirlər.

Eyni zamanda, zərif cinsin nümayəndələri istənilən vəzifəni tutmaq hüququna malikdirlər.

Onu da qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti ölkə ordusunun 880 min nəfər olduğunu bildirmişdi.

Xatırladaq ki, mayın 18-dən Ukraynada səfərbərlik haqqında qanun sərtləşdirilib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
sia.az

9Mənbələr