AZ

Husilər Britaniyanın HMS Diamond esminesinə hücum edib

Husilər hərəkatı Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Diamond esminesinə ballistik raket zərbələri endirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Husilərin sözçüsü Yəhya Səriyə bildirib.

"Yəmənin raket qüvvələri bir neçə ballistik raketdən istifadə etməklə Qırmızı dənizdə Britaniyanın HMS Diamond esminesinə qarşı əməliyyat keçirib", - deyə "Al Masirah" telekanalı onun sözlərini sitat gətirib. 

Səriyənin sözlərinə görə, birbaşa zərbə qeydə alınıb. Təlafat barədə əlavə məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
operativmedia.az

10Mənbələr