AZ

"Ad günümü ilk dəfə 7 il əvvəl qeyd etmişəm"

"İlk dəfə yeddi il öncə oğlum Uğur dünyaya gələndən 6 ay sonra doğum günümü qeyd etmişdim. Mən heç vaxt ad günümü qeyd etmirəm, sevmirəm".

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Sənətçi özəl gününü qeyd etməməsinin səbəbini isə belə izah edib:

"Keçən il 50 illiyim oldu, onu da qeyd etmədim. Yaşımı danmıram, həyatı təki sağlıqla yaşayaq. Ad günümə kimlərisə çağırmağa utanıram. Hədiyyə ilə gələcəklər, qıymıram. Sənət dostumun birinə deyən kimi nəsə alıb gətirir".

Qeyd edək ki, xanəndənin dörd övladı var.

Seçilən
101
1
day.az

2Mənbələr