AZ

"Real" onun transferi üçün "Bayer"lə razılığa gəldi

"Real" yarımmüdafiəçi Florian Virtzin transferi ilə bağlı "Bayer"lə razılığa gəlib .

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki,  21 yaşlı oyunçu  Madrid klubu ilə 2025-ci ildə müqavilə imzalayacaq. Bildirilib ki, klublar bir neçə ay əvvəl danışıqlara başlayıb. Potensial transfer məbləği 150 milyon avrodur.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 2023/24 mövsümündə Virtz bütün yarışlarda  49 oyunda 18 qol vurub və 20 qolun ötürməsini verib.

Seçilən
139
7
ikisahil.az

9Mənbələr