Türkiyənin Bitlis bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 9-da Bitlis-Van trasının Kuskunkıran Tuneli taxınlığında qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan sərnişin avtobusu ilə yük maşını toqquşub.
Zərbənin təsirindən avtobusu aşıb, yük maşınının kabinə hissəsi isə deformasiyaya uğrayıb.
Nəticədə 2 nəfər ölüb, 4-ü ağır olmaqla 30 nəfər yaralanıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulnslarla bölgənin müxtəlif xəstəxanalarına aparılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev