AZ

Çexiyada terror həyacanı: Təhlükəsizlik tədbirləri gücləndirildi

Çexiya polisi mümkün terror aktı ilə bağlı məlumatlara görə ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İdnes” xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, vağzallarda, ictimai nəqliyyatda və ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Çexiya Baş nazirinin birinci müavini və daxili işlər naziri Vit Rakuşan bildirib ki, polis profilaktik təhlükəsizlik tədbirləri görür.

"Şübhəli şəxs saxlanılıb, lakin buna baxmayaraq, ehtiyat tədbiri olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb", - nazir özünün X (keçmiş Twitter) hesabında yazıb. Təfərrüatlar barədə Dövlət Təhlükəsizlik Şurasının iclasından sonra ictimaiyyətə məlumat veriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
18
qaynarinfo.az

10Mənbələr