AZ

DünyaUkrayna ordusu Həştərxanda Rusiyanın yeni nəsil qırıcısını vurub

SİZİN REKLAM BURADA!055 213 76 73

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Həştərxan vilayətindəki “Axtubinsk” aerodromunda Su-57 qırıcısının vurulduğunu açıqlayıb.

İdarənin saytında yayımlanan məlumatda bildirilib ki, 2024-cü il iyunun 8-də, Həştərxan vilayətində yerləşən “Axtubinsk” aerodromunda, döyüş xəttindən 589 kilometr aralıda olan Su-57 çoxməqsədli qırıcısı vurulub. Kəşfiyyatçılar peyk görüntülərinə əsaslanaraq, iyunun 7-də qırıcının bütöv şəkildə dayandığını, növbəti gün isə onun yaxınlığında partlayış çuxurları və atəş nəticəsində yaranmış yanğın izlərinin ortaya çıxdığını qeyd ediblər.

Kəşfiyyatçılar vurulan obyektin Rusiyanın yeni nəsil qırıcısı olan Su-57 olduğunu vurğulayıblar. Bu təyyarə Moskvanın ən müasir qırıcısıdır və zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edə bilir.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətinin səmasında üç PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
18
far.az

10Mənbələr