AZ

Ağacdan yıxılan Lerik sakini ağır xəsarətlər aldı

Lerik rayon sakini ağacdan meyvə yığarkən yıxılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lerik şəhəri ərazisində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Razi Şirvan oğlu Ramazanov albalı ağacından yerə yıxılıb.

Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Ramazanova həkimlər kəllə beyin travması, hər iki qolun mil sümüyünün tipik yerdəyişən sınığı, çənə sınığı, hər iki gözün hematomiyası diaqnozu qoyublar.

Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
8
milli.az

9Mənbələr