AZ

Pompeydə uşaqların çəkdiyi divar rəsmləri tapılıb

Pompeydə uşaqların çəkdiyi divar rəsmləri tapılıb

Arxeoloqlar İtaliyanın Neapol şəhəri yaxınlığındakı qədim Pompeyin xarabalıqlarında yeni divar rəsmləri aşkar ediblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, divar rəsmlərində qladiatorların döyüş səhnəsi və ov səhnələri əks olunub. Arxeoloqlar cizgilərin primitiv xarakterli olduğunu əsas gətirərək bunun 8-10 yaşlı uşaqlar tərəfindən edildiyi qənaətinə gəliblər.

Psixoloqlar isə qədim Pompeydə insanların bir-birinə və heyvanlara qarşı zorakılığının adi hal olduğunu bildirirlər. Onların fikrincə bu zorakılıq uşaq yaşlarından yaddaşlara həkk olunur.

Qeyd edək ki, Pompey şəhəri təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olub.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
7
ilk.az

8Mənbələr