AZ

Kannavaro ilə yollar ayrıldı

“Udineze” baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssis özünün sosial şəbəkə hesabında yazıb. Onunla bu ay başa çatacaq müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, Kannavaro aprelin 22-də "Udineze"yə baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda A Seriyasında 15-ci yeri tutub. 

Bizim.Media

Seçilən
136
42
bizim.media

10Mənbələr