AZ

Leysan və dolu ciddi fəsadlar törətdi: Avtomobillərin hərəkəti iflic oldu

Azərbaycanda güclü leysan və dolu ciddi fəsadlar törədib.

seher.media xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Şamaxı dolaylarında vəziyyət gərginləşib.

Nəticədə avtomobil sürücüləri hərəkət etməkdə ciddi problemlərlə üzləşiblər. Bəzi nəqliyyat vasitələri yolda hərəkətsiz vəziyyətdə qalıb.

Güclü yağış Gəncədə də fəsadlar törədib. Belə ki, şəhərin mərkəzi hissəsini su basıb. İnsanlar ayaqqabılarını çıxararaq hərəkət etmək məcburiyyətində qalıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
seher.media

10Mənbələr