AZ

Xerson vilayətində iki günlük matəm elan edilib…

...İyunun 9-u və 10-u Xerson vilayətində Sadovoe kəndinin həlak olan dinc sakinləri üçün matəm günləri elan edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət qubernatoru Vladimir Saldo məlumat verib.

O, bu vəhşiliyə görə məsuliyyət daşıyanların məhv ediləcəyinə söz verib.

Qeyd edilir ki, iyunun 7-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Sadovoyda mağazaya hücum edib. Bu zaman çoxlu insan alış-veriş etməyə gəlirmiş.

Hücum zamanı 22 nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Ukraynalılarilk zərbəni Fransa istehsalı olan idarəolunan bomba ilə həyata keçiriblər və sakinlər zərərçəkənlərin köməyinə gələndə onlar Amerikanın HIMARS raketi ilə yenidən kəndə hücum ediblər.

…Sonradan düşmən pilotsuz təyyarələrinin hücum təhlükəsi səbəbindən xilasetmə işləri dayandırılmalı olub.

Əli Babayev

Seçilən
242
sia.az

1Mənbələr