AZ

Leysan yağdı, şimşək çaxdı, dolu düşdü

İyunun 8-i saat 22:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Culfa, Göygöl, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Zəylik kəndlərinə dolu düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
6
publika.az

10Mənbələr