AZ

Azərbaycan yığması Kiprə də qalib gəldi

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.

İlk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub – 14:10

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
3
futbolinfo.az

7Mənbələr