AZ

18 yaşında ailə quran Arzu Bağırova: "Atam dedi ki, bu adama ərə get, mən də sözünü yerə salmadım"

"O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.
 
Verilişin budəfəki sayında Masallı sakini, ictimai xadim Arzu Bağırova öz həyatından danışıb.
 
18 yaşında ailə quran A.Bağırova ailə həyatını necə qurduğundan bəhs edib:
 
"Atama o qədər düşkünəm ki, zəhər də versə, udaram. Mənə elçi gələndə atam dedi ki, "bu adamla evlənməyini istəyirəm". Mən də onun sözünü yerə salmadım".
 
O, ailədaxili mübahisələrdən də söz açıb:
 
"Gənclərimiz xırda şeyləri çox böyüdürlər. Ailədə baş verən kiçik problemləri boşanma dərəcəsinə qədər gətirmək düzgün deyil".
 
A.Bağırova Qənirə Paşayeva ilə dostluqlarından da danışıb:
 
"O, mənə insanları tanımağın üsullarını öyrədirdi. Mən ona hansısa məsələdən şikayətlənəndə, deyirdi ki, "Heç kimə reaksiya vermə. Başını aşağı sal və işini gör".
 
Daha ətraflı Baku TV-nin süjetində:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
moderator.az

5Mənbələr