AZ

Bu müəllimlərin fəaliyyətinə xitam veriləcək?

Bu gün keçirilən sertifikatlaşdırma imtahanından keçə bilməyən müəllimlərin işinə nə zaman xitam veriləcəyinə münasibət bildirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli danışıb.

"Qarşıdakı günlərdə apellyasiya müraciətlərinə baxılacaq. Yekun nəticələr olduqdan sonra növbəti addımlar atılacaq və bu zaman ictimaiyyətə öncədən məlumat veriləcək", - o vurğulayıb.

Onun sözlərinə görə, sertifikatlaşdırmada uğursuz olan müəllimlər MİQ imtahanlarında iştirak edə bilərlər.

İsmayılbəyli bildirib ki, qanunvericilikdə sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlərin MİQ imtahanlarında iştirakına məhdudiyyətin qoyulması ilə bağlı müddəa yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
20
milli.az

10Mənbələr