AZ

Azərbaycan basketbol millisi ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində üçüncü oyununa çıxıb.

90deqiqe.Az  xəbər verir ki, Priştina şəhərində təşkil olunan mərhələdə yığma Kiprlə qarşılaşıb. Görüş millimizin 21:16 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma bu gün keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya isə 14:10 hesabı ilə qalib gəlib.

Komandamız bu gün daha bir matç keçirəcək. Milli Bakı vaxtı ilə saat 23:45-də Albaniya ilə qarşılaşacaq.

***

Azərbaycan 3x3 basketbol milliləri Avropa Kuboku təsnifat mərhələsinə uğurla başlayıb.

90deqiqe.Az xəbər verir ki, kişilərdən ibarət komandamız ilk oyununda Ermənistanı 21-9 hesabı ilə məğlub edərək parlaq qələbə qazanıb. Daha sonra millimiz Kosovoya qarşı 14-10, Kiprə isə 16-21 hesabı ilə qalib gələrək, "B" qrupunda liderliyə yüksəlib. 

Qadın millisi də müvəffəqiyyətli bir başlanğıca imza atıb. Malta ilə görüşdə 17-14 hesabı ilə qələbə qazanaraq qrupda yaxşı mövqe əldə edib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
90deqiqe.az

2Mənbələr