AZ

Əməliyyatdan sonra səhnədə!

Bu gün müğənni Mehin Hümbətova “Zhara Events” yay mövsümünün musiqili açılışında səhnə alıb.

OLAY yazır ki, güclü səsi və səhnə şousu ilə tədbirdə yer alan ifaçını 6 rəqqas müşayiət edib. Pop müğənninin şousu qədər səhnə obrazı da diqqət çəkib. O, tədbirə yerli dizaynerlər tərəfindən hazırlanmış özəl əl işi olan libasda qatılıb. Hümbətova səhnədə “Sevgi” və “Addım-addım” mahnılarını səsləndirib. Mehin makiyajını Babək Qədirova həvalə edib.

Müğənni günlərdir rəqs dərslərinə gedirdi, iki gün əvvəl qəza keçirərək qolundan ciddi zəda almasına baxmayaraq sənətçi bu gün özəl rəqs şousu ilə tamaşaçıların rəğbətini toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
5
olay.az

7Mənbələr