AZ

Güclü leysan nəticəsində Ankara küçələrini sel suları basıb

Ankarada güclü leysan yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin bir çox küçələrini sel basıb. Sel suları metro stansiyalarına da dolub.

Leysan səbəbindən paytaxtın bir çox yerlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Çoxlu sayda avtomobil yollarda qalıb.

Seçilən
86
4
operativmm.az

7Mənbələr