AZ

Müəllimlər yenidən sınağa çəkildilər

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.

Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə nəticələrlə tanış ola biləcəklər.

Müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Seçilən
64
3
publika.az

4Mənbələr