AZ

Yığmamız sonuncu oyunda məğlub oldu

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında sonuncu oyununa çıxıb.

Rekord.az xəbər verir ki, yığma 9-cu yer uğrunda qarşılaşmada Niderland kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1. Komandamız ilk qələbəsini 9-16-cı yerlər uğrunda qarşılaşmada Yunanıstan millisi üzərində qazanıb - 2:1. Yığma 9-12-ci yerlər uğrunda matçda Şotlandiyanı eyni hesabla üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
12
rekord.az

10Mənbələr