AZ

“Bizim Cəbiş müəllim”-in çəkildiyi həyət illər sonra FOTOREPORTAJ

“Bizim Cəbiş müəllim” filmini rejissor Həsən Seyidbəyli 1969-cu ildə lentə alıb. Böyük sənətkarların da yer aldığı filmin çəkildiyi həyət unikallığı ilə seçilir. Həmin həyət Axundov adına bağ ilə Sədaət sarayının yaxınlığında yerləşir. Bu məşhur ərazidə “Bizim Cəbiş müəllim” filmindən əlavə “Əlvida cənub şəhəri”, “Məhəllə” və s. filmlər də lentə alınıb. Üstündən illər keçməsinə baxmayaraq bina öz əzəmətini qoruyub saxlamaqdadır. Hazırda da həmin tikili yaşayış yeri kimi istifadə olunur.
 
Moderator.az-a açıqlama verən “Bizim Cəbiş müəllim” filminin Namiqi Ziya Seyidbəyli həyətlə bağlı bunları bildirib.
 
“Çox gözəl bir həyətdir. Hər zaman məni cavanlığıma aparır. Deməzdim ki, tez-tez həmin həyətə gedirəm. Amma hər dəfə gedəndə məndə nostalji hisslər yaşadır. Nəsibə xanım, Əliağa müəllim yadıma düşür. Məşhur meyxana da həmin həyətdə çəkilib. Bunlar yaxşı hisslərdir” deyə o bildirib.
Moderator.az əməkdaşının lentə aldığı fotoları sizlərə təqdim edirik.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
6
moderator.az

7Mənbələr