AZ

“RUS ORDUSUNUN HÜCUM PƏNCƏRƏSİ DARALIR” - “Rusiya döyüş meydanındakı üstünlüyünü ciddi nailiyyətə çevirə bilmədi”

Rusiya ordusu aylarla silah-sursatdan məhrum olan Ukrayna qüvvələrinə qarşı döyüş meydanında yalnız məhdud uğur qazana bilib.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.

Yazıda qeyd olunur ki, Rusiya ordusunun üstünlüyü azalmağa başlayıb və bu, Vladimir Putin üçün getdikcə daha da artan problemə çevrilir.

Məqalədə deyilir ki, indi Kiyev Amerika və avropalı müttəfiqlərindən milyardlarla dollar dəyərində silah alır. Ona görə, Rusiya Ukrayna şəhərlərini, o cümlədən enerji infrastrukturunu raket və dronlarla atəşə tutsa da, rus ordusunun irəliləyiş pəncərəsi daralır. Qeyd olunur ki, Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində sərhəd boyu yeni cəbhə açmaq və “bufer zonası” yaratmaq məqsədinə nail ola bilməyib və bunun perspektivi artıq “bataqlıq kimi” görünür. 

Volçansk şəhəri ətrafında gedən döyüşlərdə Ukrayna rus qoşunlarına “çox ağır itkilər” verir: “Üstəlik, Rusiya qoşunları aylarla davam edən döyüşlərdə böyük itkilər bahasına fevral ayında Ukraynanın şərqindəki strateji əhəmiyyətli Avdeyevka şəhərini ələ keçirdikdən sonra çox az irəliləyiş əldə edib. Onlar bir neçə həftədir ki, Donetsk vilayətinin şərqindəki Çasov Yar yaşayış məntəqəsini ələ keçirməyə çalışırlar. Rusiyanın Ukrayna qüvvələrinin məhv edilməsi strategiyası Rusiya ordusunun özü üçün çox baha başa gəlir və bu, Rusiya tərəfindəki qüvvələrin həddindən artıq tükənməsinə səbəb ola bilər. Bu da öz növbəsində ukraynalılara əks-hücum şansı verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
azpolitika.info

10Mənbələr