AZ

Xankəndidə və Kəlbəcərdə silah-sursat, Xocalıda çətənə kolu aşkarlanıb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqların icrasını peşəkarlıqla davam etdirirlər.



Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində iyunun 1-dən 7-dək polis əməkdaşları Xankəndi şəhəri ərazisində 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbaraatan, 1 minaatan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 müxtəlif çaplı patron, 10 süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisində isə 1 qumbara, 2 alışdırıcı, 1 patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar edərək götürüblər.
Polis əməkdaşları Xocalı şəhəri ərazisində yabanı halda bitmiş 237 kiloqram çəkidə 423 çətənə kolunu aşkarlayaraq məhv ediblər.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
33
nuhcixan.az

10Mənbələr