AZ

TƏBİB-in rəhbərindən xəstəxanalarda həkim çatışmazlığına reaksiya

“Həkimlərimiz normal əmək qanunvericiliyi ilə tənzimlənən iş rejimi ilə işləməlidir. Burada qanunazidd addımlar ata bilmərik. Həkimlər 6 günlük iş rejimində çalışırlar”.

"Cebhe.info" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddialara münasibət bildirərkən deyib.

V.Qurbanov qeyd edib ki, həkimlərin bir hissəsi növbəli iş rejimində fəaliyyət göstərir.

“Bəzi mərkəzlərimizdə həkimlərimiz, tibb işçilərimiz bir növbəli, bəzilərində isə iki və ya üç növbəli fəaliyyət göstərirlər.

Həkimlərin bazar günü işləməsi məsələsinə gəlincə, bildirməliyəm ki, həkimlərimiz bazar günü də növbəli şəkildə çalışır. Ehtiyac olduğu təqdirdə xəstəxanalarda və tibb mərkəzlərində fəaliyyət göstərən həkimlərimiz də çağırışla xəstənin qəbuluna gedirlər”, - deyə icraçı direktor vurğulayıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
11
cebheinfo.az

10Mənbələr