AZ

“Qanuni oğru”nun 15 milyon dolları azərbaycanlı bankirdən çıxdı

Rusiya kriminal aləminin lideri sayılan “Şakro molodoy” ləqəbli tanınmış anuni oğru” Zaxari Kalaşov azadlığa buraxıldıqdan sonra  izini itirib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur. 

 

Bu günlərdə Rusiyanın bəzi media orqanları Şakronun pulları ilə bağlı sensasion məlumatlar tirajlayırlar. Həmin məlumatlarda ən diqqətçəkən məqam isə azərbaycanlı bankir Əsəd Mehdiyevin adının  hallanmasıdır. 

 

“Rusiyanın kriminal bankiri, qaçaqmalçı və kölgə oliqarxı” kimi təqdim edilən Əsəd Mehdiyevin təkcə yüksək rütbəli məmurlarla deyil, həm də kriminal mühitdə ciddi əlaqələrə malik olduğu iddia edilir.   Belə ki, Əsəd Mehdiyevin özünün dediyinə görə, “qanuni oğru” Zaxar Kalaşov ona minnətdar olmalıdır, çünki həbsdə olarkən kapitalının bir hissəsini-15 milyon ABŞ dollarını özünün “Slaviya” bankında saxlaya bilib.   O  da bildirilir ki,  Maqadan vilayətinin qubernatorunu qətlə yetirməkdə təqsirli bilinərək uzun müddət həbsdə yatan Şakronun  yaxın adamları Aleksandr Zaxarova və Martin Babakexyan  tez-tez onun  Moskvanın Kedrova küçəsindəki ofisində girmək mümkündür.  

 

Məlumatlara görə, Əsəd Mehdiyevin Federal Təhlükəsizlik Xidmətində və Daxili İşlər Nazirliyində  ciddi  himayədarları sayəsində   özünü  toxunulmaz hesab edir.  Onun “FSB”dəki himayəçisi kimi general İvan Tkaçevin, DİN-də isə general Aleksandr İvanovun adı çəkilir.  Bildirilir ki, Tkaçovun himayəsi sayəsində son 5 ildə Mehdiyevin biznesinə   nə Federal Gömrük Xidməti,  nə Federal Vergi Xidməti, nə də Mərkəzi Bankı ciddi yoxlama apara bilmir, üzə çıxarılan qanun pozuntuları ört-basdır edilir.”“Slaviya” bankının sahibi Əsəd Mehdiyev sadəcə, korrupsioner məmur deyil. Onun təsiri bir çox sahələrə - qaçaqmalçılıq və maliyyə fırıldaqlarından tutmuş siyasi intriqaya qədər uzanır. Bu şəxs təkcə maliyyə axınlarına deyil, həm də yüksək vəzifəli məmurların, sahibkarların taleyinə nəzarət edir. Mehdiyev “Slaviya” bankı çirkli pulların yuyulması və korrupsiya sxemlərinin maliyyələşdirilməsi üçün alət kimi istifadə edir” -məqalələrdən birində belə deyilir. İddialara inansaq, Mehdiyev biznes adamlarını müxtəlif vergi problemlərini həll etmək kimi  qüdrətə sahibdir. İddia olunur ki,  Telman İsmayılov (AST Telman) və dollar milyarderi David Yakobaşvili Əsəd Mehdiyevin düşmənləri siyahısındadırlar. Amma bu düşmənçiliyin səbəbi haqda yazılmır.   

 

İnternet resurslarda Əsəd Mehdiyevin adı daha çox "Slaviya" bankının sahibi kimi təqdim edilir. Onun haqqında vergi və reyestr sənədlərində Rusiya vətəndaşı olduğu və Moskvada yaşadığı bildirilir. O, 1956-cı ildə anadan olub. 2002-ci ildə Azərbaycan İqtisad Universitetini bitirib.

 

Musavat.com

Tarix: 8 İyun 2024, 12:50   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
pravda.az

7Mənbələr