AZ

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

Bişkek.AzerVoice:

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib.

AzerVoice bu barədə Qırğız Respublikasının prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Qırğız Respublikasının prezidenti Sadır Japarovun imzaladığı fərmana əsasən, Mamıtkanov Maksat Suyunaliyeviç Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub”, – məlumatda deyilir.

Sadır Japarovun digər fərmanı ilə Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonaliyev tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Qırğızıstanla Azərbaycan arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli müqavilə-hüquqi bazasının əsas sənədi 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında saziş təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
35
turkic.world

10Mənbələr