AZ

Nazirlik gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabithava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardanqısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşəkçaxacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi xüsusilədağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfəredən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti iləəlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyəçağırır.

Belə ki, intensiv yağıntılarla əlaqədar mümkün sel və daşqındanqorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, butəhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaqtövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrikcihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərəalaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayətedilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
az.trend.az

10Mənbələr