İngiltərənin “Arsenal” klubu İtaliya təmsilçisi “Napoli”də çıxış edən Viktor Osimheni almağa hazırdır.

Bu barədə insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, Neapol klubu 130 milyon avro qarşılığında nigeriyalı futbolçu ilə yollarını ayıra bilər. Hücumçu özü də komandasını dəyişmək istəyir.

Qeyd edək ki, Osimhen 2023/2024 mövsümündə 32 oyuna 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.