AZ

Meksikada rekord istilərdən 90 nəfər ölüb

Martın 17-dən bu günədək Meksikada azı 90 nəfər rekord istilərdən ölüb.



NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatında deyilir.
"Cari isti mövsümdə (17 mart - 5 oktyabr) (yüksək hərarətlə əlaqəli) 90 ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.
Yüksək temperaturun fəsadlarına günvurmalar, susuzlaşma və yanıqlar daxildir. Ən çox insan körfəz sahilindəki Verakruz (25 nəfər) və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.
Səhiyyə Nazirliyi yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Bax Kaliforniya və Sonoran ştatlarında hərarət 45 dərəcəni keçəcək.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
10
nuhcixan.az

10Mənbələr