AZ

Ağaclar aşdı, magistral yol bağlandı

Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Ölkə.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb irigövdəli ağacların magistral yola aşmasıdır.

Belə ki, axşam saatlarında əsən güclü külək səbəbindən irigövdəli ağaclar magistral yola aşıb.

Nəticədə Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
11
olke.az

10Mənbələr