AZ

S&P Global Ratings Azərbaycanın kredit reytinqini - TƏSDİQLƏYİB

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli emitentin defolt reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.

FED.az xəbər verir ki, agentlik ölkə üzrə proqnozunu stabil saxlayıb.

    S&P qeyd edib ki, stabil proqnoz neft hasilatının ortamüddətli dövrdə azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı hər hansı yeni ticari şoklardan qoruyacağına dair gözləntiləri əks etdirir.

    Azərbaycanın güclü fiskal və xarici ehtiyatları suveren reytinqini dəstəkləyir: “ Hökumət ARDNF-də əhəmiyyətli likvid aktivlər toplayıb. Biz hökumətin 2027-ci ilə qədər ÜDM-in təxminən 70%-ni təşkil edən likvid aktivlərə çıxış əldə edəcəyini və ümumi dövlət borcunun ÜDM-in 20%-i ətrafında sabitləşəcəyini proqnozlaşdırırıq. Biz gözləyirik ki, Azərbaycanın qarşıdakı üç il ərzində ikiqat fiskal və cari əməliyyatlar hesabı profisiti davam edəcək. Biz bunda neftinin qiymətini 2024-cü ilin qalan hissəsi üzrə müəyyən etdiyimiz 85 dollar, sonrakı dövr üçün 80 dollar qiymət proqnozuna əsaslanırıq”. (Apa)

    Seçilən
    98
    9
    fed.az

    10Mənbələr