AZ

Arif Əsədov: "Əsas problem fiziki durumla bağlıdır"

Azərbaycan milli komandası yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə məğlub olub.

Sportnrt.az xəbər verir ki, yığmamızın baş məşqçisi Arif Əsədov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

“Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər. Futbolçularımız matçın gedişində hiss etdilər ki, bu komandaya qarşı rahat futbol oynamaq olar. İkinci hissədə bir az sistemi dəyişdik, hücumameyilli oyuna üstünlük verdik. Hücum potensialımız artdı. Ancaq qol imkanlarından yararlana bilmədik. Albaniya isə əks-hücumlarda təhlükəli olurdu. Ərazi üstünlüyü tərəfimizdə olsa da, orta sahədə buraxılan səhvlər və rəqibin sürətli hücumlara keçməsi bizə təhlükəli anlar yaşadırdı. Komandamızda ən çox problem fiziki durumla bağlı idi. Artıq Qazaxıstanla qarşıdakı matça hazırlaşacağıq”.

Qeyd edək ki, oyun Albaniya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz növbəti matçını iyunun 11-də, Bakı vaxtı ilə saat 18:00-da eyni stadionda Qazaxıstan yığmasına qarşı keçirəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
5
sportnet.az

8Mənbələr