AZ

ABŞ ordusu husilərin 5 PUA-sını və iki raketini vurub

ABŞ Silahlı Qüvvələri "Ansar Allah" hərəkatının husi üsyançılarının beş pilotsuz təyyarəsini və gəmi əleyhinə iki ballistik raketini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X”dəki səhifəsində məlumat yayıb.

"ABŞ-nin silahlı qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazisində dörd pilotsuz uçuş sistemini və gəmi əleyhinə iki ballistik raketi uğurla məhv edib. ABŞ qüvvələri Bab əl-Məndəb boğazına doğru atılan bir pilotsuz təyyarəni də uğurla zərərsizləşdirib", - xəbərdə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
5
demokrat.az

6Mənbələr