AZ

Messinin etirafı: Psixoloqa müraciət etdim və…

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Kataloniya klubunda oynayarkən psixoloqun xidmətindən istifadə etdiyini bildirib.

Publika.az xəbər verir ki, Messinin sözlərini “Infobae.com” sitat gətirib.

“Barselonada olarkən bir müddət psixoloqa getdim. Çoxdan idi. Əvvəlcə bunu etməkdən çox çəkindim, çünki mən hər şeyi özümdə saxlayan insanlardanam. Amma həqiqət budur ki, ona müraciət edəndə bu, mənə fayda verdi, kömək etdi”, – Messi deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
publika.az

5Mənbələr